Ötən gün İrəvanın Arabkir rayonunun Tiqranyan küçəsində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Ovik Ağazaryanın iştirakı ilə xoşagəlməz hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri xatırladır ki, deputat maşınla gedərkən bir nəfərin səkidə deyil, küçədə avtomobilini saxlayaraq kartof satdığını görüb: Pepperoni pizza
“Məlumata görə, kartof satıcısı küçədə tıxac yaradıb. Bunu görən deputat isə maşından düşərək kartof satıcısına iradını bildirib. O isə hirslə deputata cavab verib ki, ailəsini dolandırmalıdır, çünki ölkə elə vəziyyətə gətirilib ki, başqa dolanışıq vasitəsi yoxdur.
Daha sonra tərəflər arasında mübahisə gərginləşib və deputat yerə yıxılıb. Ağazaryan da öz növbəsində, Arabkir inzibati ərazi dairəsinin rəhbəri Aram Azatyana zəng edərək hadisənin detallarını təqdim edib və onu rayona nəzarət etməyə çağırıb. Rayon rəhbəri isə polisə zəng edib.
Polislər əraziyə gələndən sonra Ağazaryan dindirilmək üçün şöbəyə aparılıb, daha sonra istintaq onun zərərçəkmiş kimi tanındığını, kartof satıcısının isə həbs edildiyini bildirib. Faktla bağlı İstintaq Komitəsində xuliqanlıq maddəsi ilə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. Dünənki hadisənin şahidlərindən biri, adının çəkilməsini istəməyən rayon sakini bizimlə söhbətində deyib ki, Ovik Ağazaryan birinci dəfə deyil ki, yaşadığı rayonda belə hadisələrlə məşğul olur.
Həmsöhbətimiz deyib ki, Komitas küçəsində yaşayan Ağazaryan özünü rayonun rəhbəri sayır:
“Elə bil ki, rayon rəhbəri kimi yarımştat işləyir və cəmiyyətdə cinayət törədənlərlə mütəmadi mübarizə aparır. Bundan bir müddət əvvəl də polis idarəsinə bitişik ərazidə qanunsuz qaraj quraşdıran vətəndaşlardan biri ilə Ağazaryan arasında oxşar hadisə baş vermişdi”.
Telegram kanalımız