Deputat Naqif Həmzəyev seçiciləri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Deputat Naqif Həmzəyev seçiciləri ilə görüşdü

Maraqlı

08 Aprel 2021 16:41 1137


Millət vəkili tərəfindən mütəmadi olaraq həyata keçirilən vətəndaş qəbulu, sakinlərin irad və təkliflərini dinləməyə və onları narahat edən məsələlərin həllinə xidmət edir.

Yenisabah.az xəbər verir ki, bu dəfəki görüşdə də millət vəkili qəbula gələn vətəndaşları, qazi və şəhid ailələrini ayrı-ayrılıqda qəbul edərək, onları narahat edən məsələləri dinləyərək, yaxından tanış olub.

Təhsil, sosial, hüquqi və tibbi yardımların göstərilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməkliyin göstərilməsi kimi müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. Səsləndirilən bəzi müraciətlərin araşdırılması və tez bir zamanda həll olunması üçün, qeydlər götürülərək, bununla bağlı aidiyyatı qurumlara məlumat veriləcəyi diqqətə çatdırılıb. Pepperoni pizza

Şəhid ailələri və qazilərin qayğıları ilə ətraflı maraqlanan Naqif Həmzəyev onları narahat edən problemlərin və qayğıların aradan qaldırılması üçün hər zaman hazır olduqlarını ifadə edib. Səmimi qəbul vətəndaşlar tərəfindən müsbət qarşılanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!