Deputat oğlunu evləndirir –   Məmurları dəvət etməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Deputat oğlunu evləndirir – Məmurları dəvət etməyəcək

Siyasət

05 Avqust 2019 08:54 1553


Milli Məclisin deputatı Rüfət Quliyev yaxın günlərdə oğlu üçün toy edəcək.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat özü Oxu.az-a müsahibəsində deyib. O, bildirib ki, başı toy hazırlıqlarına qarışdığından istiraahət edə bilməyib.

“Mən ildə azı bir-iki dəfə övladlarımla birlikdə xaricə istirahətə gedirəm. Son iki ildir ki, başım xeyir işlərə qarışıb. Ona görə də daha çox Azərbaycanda, əsasən də Lənkəranda dincəlməyə üstünlük verirəm”. Marqarita pizza

R. Quliyev deyib ki, bir oğlunun toyu olub və həmin toy çox qapalı formada keçib: “Bu oğlumun toyunu da lap qapalı formada keçirmək niyyətindəyəm.

Qohum-əqrəbanı, dostları və dövlət vəzifəsində işləyən bir neçə nəfəri, yəni özümə ən yaxın bildiklərimi toya dəvət edəcəyəm. Ucdantutma hamını toya çağırmaq fikrində deyiləm. Mən israfçılığın əleyhinəyəm. Toyda 200 nəfər iştirak edirsə, deməli, həmin toy normal keçir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!