Deputat seçilən daha bir məmur işdən çıxarıldı 

saytların hazırlanması

Evə çatdırılma

Deputat seçilən daha bir məmur işdən çıxarıldı 

Sosial

24 Sentyabr 2024 12:30 763


Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov vəzifəsindən azad edilib. 

Modern.az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun VII çağırış Milli Məclisə deputat seçilməsidir. 

Qeyd edək ki, Rövşən Muradov 121 saylı Laçın seçki dairəsindən deputat seçilib. O, parlamentdə YAP-ı təmsil edir.  Pepperoni pizza

Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərin nəticələri təsdiqləyib. 

Ötən gün isə 7-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda parlamentin sədri, müavinləri və komitə sədrləri seçilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!