Deputat barəsində yayılan iddialara   CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Deputat barəsində yayılan iddialara CAVAB

Siyasət

21 Noyabr 2021 17:28 1802


Deputat Anar Məmmədov Bakıda kirayədə yaşaması və buna görə Milli Məclis tərəfindən ona 220 manat vəsaitin ayrılması ilə bağlı iddialarla bağlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, onun sözlərinə görə, məsələnin deputata heç bir aidiyyəti yoxdur:

"Son zamanlar bəzi saytların yaydığı və həqiqəti əks etdirməyən yazıları təəssüf doğurur. Çünki Bakıda ev kirayəsi üçün Milli Məclis tərəfindən hər hansı bir vəsait almağım barədə yayılan məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir. Mən nə kirayə haqqı alıram, nə də ki, kirayədə qalıram. İndiyədək də kirayə pulu ilə bağlı müraciət etməmişəm və heç bir məvacib də ödənilməyib”. Pepperoni pizza

Anar Məmmədov media mənsublarına da səslənərək bildirib ki, “mənim mətbuat nümayəndələrinə çox böyük hörmətim var, lakin hörmətli media nümayəndələrinə araşdırılmamış və reallığı əks etdirməyən yazılar dərc etməmələrini tövsiyə edərdim":

“Bizim qarşımızda cənab Prezidentin tapşırıqları və hədəfləri var, xalqımızın dəstəyini görürük, xalq üçün əlimizdən gələni etməyə çalışırıq. Deputat seçildiyim ilk gündən etibarən hər zaman seçicilərimizin yanında olub, şəhid ailələri, aztəminatlı ailələr və qazilərimizin qayğıları ilə maraqlandıq, istər pandemiya, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də indi Cənab Prezidentin elan etdiyi prioritetlərin həyata keçirilməsində yaxından iştirak edirik. Əsas məsələ şəhid ailələrinin yanında olub, onlara olan mənəvi borcumuzu ödəməkdir. Buna görə də şərəfli və ləyaqətli fəaliyyətimizə kölgə salmadan Daha güclü Azərbaycan naminə yorulmadan və əzmlə dövlətimizə və xalqımıza xidmət göstərməyə davam edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Necə olur ki Xalqın tanımadığı şəxslər deputat olurlar? Deputat Qanun layihələrinə "hə" deməkdən başqa BİZNESMENLƏR MƏCLİSİNDƏ DAHA HANSI İŞLƏRİ GÖRÜR.?
    4 years ago