Deputatdan əhaliyə çağırış - DİQQƏT risk var!

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan əhaliyə çağırış - DİQQƏT risk var!

Siyasət

24 Mart 2026 13:32 2958


“Azərbaycanda heyvan sayı azalır, risklər artır”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, son illərdə həm iri buynuzlu, həm də xırdabuynuzlu heyvanların sayı əhəmiyyətli şəkildə azalıb. Pepperoni pizza

Fazil Mustafa vurğulayıb ki, bu tendensiya ərzaq təhlükəsizliyi üçün ciddi risklər yaradır, kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir və qoyunçuluqla maldarlığın inkişafını çətinləşdirir.

Deputat hökumətin müvafiq qurumlarının atdığı addımların dəstəklənməsinin vacibliyini qeyd edərək, cəmiyyət və ziyalıların bu təşəbbüslərə dəstək verməsinin zəruri olduğunu bildirib.

Fazil Mustafa çıxışında heyvandarlıq sektorunun möhkəmləndirilməsinin həm iqtisadi, həm də ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını söyləyib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!