Deputatdan naxçıvanlılara çağırış: Niyə etiraz aksiyası keçirmirik?

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan naxçıvanlılara çağırış: Niyə etiraz aksiyası keçirmirik?

Siyasət

30 Dekabr 2022 11:54 1193


"Xankəndidə ermənilərin keçiridiyi aksiyalara Naxçıvandan cavab vermək lazımdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. Deputatın sözlərinə görə, Naxçıvanda aksiya keçirməklə bunu dünyaya çatdırmalıyıq.

"Niyə biz Naxçıvanda etiraz aksiyası keçirimirik? Ermənilər dünyaya elə təbliğ edirlər ki, sanki bir onların yol problemi var. Bizim də Naxçıvan problemimiz var. Biz də Naxçıvanın blokadada qalmasını dünyaya çatdıraq. Naxçıvanda aksiya keçirib, onlara cavab verməliyik. Diplomatiyamızın da əlində sübutlar olması üçün belə addımlar atılmalıdır”, - deyə Fazil Mustafa vurğulayıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!