Deputatdan növbədənkənar prezident seçkiləri ilə bağlı açıqlama: “Ciddi səbəblər var”

Deputatdan növbədənkənar prezident seçkiləri ilə bağlı açıqlama: “Ciddi səbəblər var”

Siyasət Veb saytların hazırlanması

07 Dekabr 2023 13:00 3321


Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulub. 

Qərar ilə bağlı millət vəkili Razi Nurullayev “Yeni Sabah”a danışıb.

Deputat bildirib ki, sözügedən qərar gözlənilməz oldu: 

“Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın verilməsi prezidentin müstəsna səlahiyyətinə daxildir. Düşünürəm ki, bu qərarın verilməsinin arxasında ciddi səbəblər var. Həmin səbəblərin nədən ibarət olduğunu prezident özü bizdən daha yaxşı bilir. Ona görə də, qərarın verilməsində hansı səbəblərin olduğu barədə bir söz deyə bilmərəm. Ancaq bu qərarın ölkəmiz üçün heç bir zərəri yoxdur. Əslində, seçkinin keçirilməsi üçün iki ildən az bir müddət qalmışdı. Bunun tezləşdirilməsi normal qəbul edilməlidir. Hesab edirəm ki, bu, kifayət qədər əsaslandırılmış bir qərardır”. 

Millət vəkili seçkilərdə öz namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: 

“Təbii ki, siyasi partiyalar hər zaman bütün seçkilərdə iştirak etmək üçün səfərbər olunub. Bu qərar gözlənilməz olduğuna görə, partiya daxilində bununla bağlı müzakirələr aparmağa ehtiyac var. Həmin müzakirələrdən sonra yekun nəticə ilə bağlı partiyamızın mövqeyi açıqlanacaq”. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!