“Milli Məclisin Plenar İclasında “Məşğulluq Haqqında” Qanuna edilən düzəlişlər layihəsi müzakirə olundu. Layihədə edilən düzəlişlər ilə yanaşı qanunda rayonlarda yaşayan vətəndaşlarımız üçün vacib olan məsələr ilə bağlı təkliflərlə çıxış etdim. Belə ki, qanunun 4-cü maddəsinə görə pay torpağı olan bütün vətəndaşlarımız məşğul şəxslər hesab edilir. Bu baxımdan qanunun bu maddəsində difersinial yanaşmanın tətbiqinə ehtiyac var”.
Yenisabah.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib. O qeyd edib ki, inkişaf etmiş ölkələrdə bölgələrdə yaşayan insanların məşğulluğu onların əldə etdikləri gəlirlərə əsasən, hesablanır:
“Mövcud qanunvericiliyə əsasən, 10 sot torpağı olan vətəndaş da, 10 hektar torpaq sahibi olan da məşğul hesab olunur. Halbuki, 10 sot torpaq onun sahibinə xüsusi gəlir əldə etmək imkanı vermir. Əksinə, pay torpağı olanlar məşğul şəxslər hesab olunduğu üçün sosial yardımlara da müraciət edə bilmirlər. O baxımdan, təklif etdim ki, 20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar və onlara sosial proqramlara müraciət imkanı verilsin. Yalnız 20 sotdan daha çox yararlı sahəsi olanlar məşğul şəxslər qrupuna daxil edilsinlər”. Dominos pizza
Telegram kanalımız