Deputatdan təklif: Amnistiya Aktına ehtiyac var

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan təklif: Amnistiya Aktına ehtiyac var

Sosial

03 Fevral 2025 12:18 202


Bu gün Amnistiya Aktına ehtiyac var.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Ümummilli liderdən başlayaraq, Azərbaycanda 13 amnistiya aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub: Pepperoni pizza

“Ən böyük Amnistiya Aktı Birinci Vitse-prezidentimiz hələ deputat olarkən onun təşəbbüsü ilə qəbul edilmişdi və 5000 insan azadlığa qovuşmuşdu. Parlament yenə təşəbbüs göstərib, Müstəqillik Günümüzə qədər belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər. Əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, sonradan səhvə yol verən insanlar var ki, indi həbsdədir. Bu amnistiya aktının qəbulu onları da sevindirər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!