Deputatın qadınlarla bağlı çıxışı müzakirə yaratdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Deputatın qadınlarla bağlı çıxışı müzakirə yaratdı - Video

Sosial

28 May 2024 22:45 1167


Milli Məclisdə deputat Tahir Rzayevin ailəli və uşağı olan qadınların işə bir saat gec gəlməsi, işdən bir saat tez çıxması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif etməsi cəmiyyətdə müzakirələrə səbəb olub.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin rəyini öyrənməyə çalışıb.

Deputatın bu fikirlərini dəstəkləyənlər də, düzgün hesab etməyənlər də olub. Pepperoni pizza

"Qadınlarla kişilərin hüquqları eyni olmalıdır. Eyni vaxtda işə gəlib-getməli, eyni şərtlərlə işləməlidirlər", - deyə paytaxt sakini söyləyib.

Millət vəkili Fazil Mustafa bu dəyişikliyi dəstəklədiyini bildirib:

"Bakıda tıxacların ənənəvi hal olduğunu nəzərə alsaq, xüsusən qadınlar evinə bir-iki saat gec çata bilirlər. Belə bir dəyişikliyin edilməsini dəstəkləyirəm. Qadınlarımızın əmək fəaliyyətinin stimullaşdırılmasına xidmət edər. Nə qədər sıxıntıda olsalar da, bir çox qadınlar məhz bu amilə görə işləməyə səy göstərmirlər".

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!