“Mənim Türkiyəyə getməyim Nəsibə xanımın xəstəliyi ilə bağlı idi. İsrafil (İsrafil İsrafilov, Milli Dram Teatrının direktoru - red.) mənə 2 il bundan qabaq dedi ki, Cahangir sənin Türkiyəyə getməyin hamımızı çaşdırdı. Ya sənin, ya Nəsibə xanımınaçmayacağı qapı yox idi”.
Yenisabah.az xəbər verir ki, bu sözləri təxminən 1 il öncə ARB-də Əməkdar incəsənət xadimi, hazırda fəaliyyətini Türkiyədə davam etdirən Cahangir Novruzov deyib.
Həmin müsahibəsində o, Türkiyəyə köçməsinin səbəbini izah edib: pizza
"O zaman elə bir nazir yox idi ki, məni geri çevirsin. Ən uzağı deyərdi ki, get, sabah saat 11-də görüşək. Mən də özüm üçün heç nə istəməzdim.
Nəsibə xanım mənim üçün 2 dəfə xahişə gedib. Mən əsgərliyə getmək istəyirdim və noyabra qədər gözləmədim. Getdi Murtuz Quliyevin yanına. Dedi, mən istəyirəm ki, oğlumu indi əsgər göndərəsiniz.
Bir dəfə də Zakir müəllimin (mədəniyyət naziri Zakir Bağırov - red.) yanına getdi ki, Cahangir "Muzkomediya"da işləmək istəmir, Şəkiyə getmək istəyir. Başqa mənə görə heç nə üçün xahiş edilməyib.
Atam öləndən sonra anam iflic oldu. Onun dərmanlarını, xərclərini ödəmək üçün Türkiyəyə getməli oldum. Bilirsiniz ki, həmin dövrdə Azərbaycanın iqtisadiyyatı yaxşı vəziyyətdə deyildi. Mənim imkanım, savadım və bacarığım olub getmişəm. Atam öləndən sonra 10 il anamı yaşada bilmişəm.
Mən və yoldaşım 3, ya 5 illiyə getmişdik. Amma işlər elə dəyişdi ki, Türkiyədə qalası oldum. 85 milyonluq Türkiyədə teatr sənətinin yaranmasının tarixi başqa olduğu üçün münasibət başqadır. Azərbaycan milləti olaraq, Azərbaycan teatrının yaranma tarixi milli fəxrdir”.
Xatırladaq ki, ötən həftə Milli Məclisin deputatı Səyyad Aran tanınmış kinorejissor və senarist Cahangir Zeynalovun Azərbaycana qayıtmasını təklif edib:
“Cahangir Zeynalovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm. O, Adanada teatr yaradıb, orada insanlara elm öyrədir. Sənət məbədimizdə bu gün dava-dalaş gedir. Sənət icması görün nə vəziyyətdədir? Ona görə də Cahangir Zeynalovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Mən çox arzulayardım ki, gəlib, sənətimizdə boşluğu doldursun. Əlaqədar təşkilatlar Cahangir Zeynalovla danışıb, onu vətənə dəvət etsin".
Nazim Hacıyev
Telegram kanalımız