Qızımın toyunda 300 nəfər iştirak etməyib, karantin qaydası da pozulmayıb. Bütün şadlıq evlərində olduğu kimi, həmin toyda da monitorinq aparılıb".
Yenisabah.az xəbər evrir ki, bunu Bakupost.az-a millət vəkili Novruzəli Aslanov yayılan xəbərlərə münasibət bildirərkən deyib:
"Toy məclisində Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara zidd hər hansı bir fakt və ya pozuntu aşkar edilməyib. Toyda 46 nəfər olub. İştirak edənlərdən soruşub araşdıra bilərsiniz". Dominos pizza
Deputat bildirib ki, toydan yayılan görüntülər onların keçirdiyi şadlıq sarayına aid deyil:
"Saytlar qızımın toyu və şadlıq sarayının görüntüləri ilə bağlı şəkil də paylaşıb. O görüntülər bizim şadlıq sarayına aid deyil. Həm də bəy və gəlinin şəklini də düzgün verməyiblər. Onlar mənim övladlarım deyil".
Telegram kanalımız