“Deputatlar QHT-dən maaş, qonorar ala bilməzlər”- Sahib Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“Deputatlar QHT-dən maaş, qonorar ala bilməzlər”- Sahib Məmmədov

Siyasət

22 Mart 2019 16:13 873


“Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə yardımı alanlar içərisində elə QHT-lər var ki, onların təsisçiləri (təsisçilərindən biri) və ya rəhbəri Milli Məclisin üzvüdür. Hər dəfə müsabiqədə bir neçə belə QHT olur adətən (olmayan vaxtlar da olur). Amma Bu layihələrdə həmin deputatların hər hansı fəaliyyəti varsa, bu könüllüdür. Heç bir halda əmək haqqı və ya qonorar ala bilməzlər”.

“Yeni Sabah”ın məlumatına görə, bunu  hüquq müdafiəçisi Sahib Məmmədov deyib. O bildirib ki, QHT-lərin digər üzvülərinin hüquqlarını pozmaz olmaz:

“Bu QHT-lərin çoxu ciddi sosial layihələr həyata keçirirlər. Milli Məclis üzvüləri büdcə haqqında qanuna səs verəndə onun içərisində Şuraya ayrılan kiçik məbləğ də gedir. Bu maraq konfilikti yaradırmı? Xeyir. Gərək deputatlar dövlət orqanı olan Milli Məclis aparatının saxlanma xərclərinə, Milli Məclis deputatlarının əmək haqqına və təminat xərclərinə ayrılan vəsait üçün də səs verməsin. Və ya Mərkəzi Seçki Komissiyasının saxlanma xərcinə görə də səs verməsin ki, MSK Milli Məclisə seçkiləri təşkil edir. O ki, qaldı Şura üzvlərinin təmsil olunduğu QHT-lərin də 7-8 000 manat maliyyə yardımı almasına, burda da məsələ belədir ki, Şura üzvünün təmsil olunduğu QHT-nin digər təsisçiləri, üzvüləri və işçiləri var. Mənim təmsil etdiyim QHT-nin ötən ilki büdcəsi 8000 manat olub. Buraya vergilər, icarə, layihənin icra xərcləri hamısı daxildir. Şura üzvülərinin mənsub olduğu QHT-nin maliyyə yardımı alması xüsusi qaydalarla tənzimlənir. Maraq konfilikti olmasın deyə Şura üzvü ona aid məsələlərdə heç bir prosesdə və son səsvermədə də iştirak etmir. Dördpendirli pizza

Müsabiqələrdə layihələri dəstəklənməyən Şura üzvüləri də olur. Yəni yaxşı oxusalar, bunu görəcəklər. Əgər bu vəsaiti də almasaq, onda QHT-nin fəaliyyıtin dondurmalı olacağıq. Kimə isə bu çox lazımdır. Amma özləri xarici ölkələrdən yüz minlələ və milyonlarla çirkli pullar alsalar da qardaşları, xanımları, digər ailə üzvlərinin adına yaratdıqları QHT-lər vasitəsi ilə Şuradan da maliyyə yardımı alırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!