“Deputatların çoxu əsgərlikdə olmayıb” -   Polkovnikdən  xidmət vaxtının uzadılmasına etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Deputatların çoxu əsgərlikdə olmayıb” - Polkovnikdən xidmət vaxtının uzadılmasına etiraz

Maraqlı

29 Noyabr 2023 11:53 21412


“Hərbçilərin xidmət dövrünün artırılması mənfi haldır. “Hərbçi niyə 45 yaşında pensiyaya çıxmalıdır” fikrini səsləndirənlər gəlib hərbçilərlə 1 ay eyni rejimdə yatıb-dursalar yaxud tapşırıqları yerinə yetirsələr, yəqin ki, bundan sonra onlar bu sözü bir daha dillərinə gətirməzlər”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. 

O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.  Sezar pizza

Öz növbəsində, polkovnik əlavə edib ki, hərbçi nə bayram, nə bazar, nə də rahatlıq bilir: 

“Hərbçi üçün saat anlayışı yoxdur. Əgər mülki şəxs əmək müqaviləsi ilə işləyirsə, hərbçi vətəninə xidmət edir: 

“Vətən ona əmr etsə ki, get səngərə, səngərə gedəcək, yaxud əmr etsə ki, get düşmən üstünə, düşmən üstünə də gedəcək. Hansı müəllim düşmən üstünə gedib? Hərə öz peşəsini seçib. Əgər müəllim öz peşəsini seçibsə, o niyə hərbçiyə rişxənd etməlidir ki, hərbi qulluqçu 45 yaşında pensiyaya çıxır? Müəllimi hərbçi müdafiə edir. Hərbçi onu müdafiə etməsə, müəllim işləyib ailəsini dolandıra, yaşaya bilər?!” 

Onun sözlərinə görə, bu gün Milli Məclisdə 99% hərbidən uzaq olan adamlar var:

“Bu təklifi verən adamlar çox məsuliyyətsiz davranıblar. Çünki bundan sonra hərbiyə maraq azalacaq. Əvvəllər insanlar deyirdilər ki, gedib 20 il xidmət edəcəyəm, sonra da pensiyaya çıxacağam. Bu amil dünyada elmi tədqiqatlar və tibb elmi sahəsində sübut olunmuş bir faktdır ki, 20 il insan orqanizmi davamlı şəkildə dözür və onu keyfiyyətli şəkildə yerinə yetirməyə imkan yaradır.

İndi nə etmək istəyirlər? 5 il xidmət dövrünü artırmaqla niyə gözə soxurlar ki, 65% pensiya alacaqsınız? Mən bununla bağlı müsahibəmdə söyləmişəm ki, “nə edirəm o qızıl teşti ki, içinə qan qusum?!” Mən guya sabah pul qazanacağam, amma o 5 il də 5 ildir və elə-belə deyil, çünki o 5 ilə mənim sağlamlığım tam sıradan çıxacaq. Bu, ona bənzəyir ki, əgər bir təyyarənin uçuş limiti 1000 saatdırsa, biz onu 2000 saat sürsək, o, istənilən an qəzaya uğraya bilər”.

Hərbi ekspertin fikrincə, hərbçilərlə bağlı bu cür yanaşmalar kökündən yanlışdır:

“Çox təəssüf ki, bugünkü parlamentdə və idarəetmədə olanlar hərbinin nə olduğunu anlamaq istəmirlər. Lakin bunlar mənim üçün təəccüblü deyil. Çünki bu, həmin Milli Məclisdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səriştəsiz rəhbərliyinin təklifi ilə hərbçiləri 1 səsvermə ilə pensiyaya əməkçi etdilər. Dünyada analoqu olmayan bir şeydir ki, xidmət edən adamı etdilər əməkçi. Ümumiyyətlə, heç bir halda bu tendensiya hərbi xidmətə uyğun gəlmir”.

O, xatırladıb ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanun var:

“Bütün dünyada belədir ki, harada hərbi varsa, o, hərbçiyə aid olan konkret qanunla tənzimlənir. İndi isə ideya irəli sürüblər ki, MAXE-lər 45-dən 48 yaşa, hərbi qulluqçular 20 ildən 25 ilə xidmət keçməlidir və s. Bir neçə ildən sonra biz yenə də qanunu dəyişməli və geriyə addım atmalı olacağıq”.

“Mənim üçün artıq heç nə təəccüblü deyil. Məsələn, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bu günə qədər 5 qurum dəyişibsə, indi də hərbi üzərində “dəlləklik” edirlər. Olmaz belə bir şey! Hərbi qorunmalı və hərbini yalnız hərbçi başa düşməlidir. Təəssüf edirəm ki, bu cur yanaşma var. Bunlar hərbi xidmətin nüfuzunu aşağı salacaq. Deputatların çoxu heç əsgərlikdə olmayıb. Xidmətdə olanlar da 365 gün sızıldayıb ki, xidmətim nə vaxt qurtaracaq? Hələ mən 1 ili deyirəm, lakin burada söhbət 20 ildən gedir. 20 il bu insan nə bazar, nə bayram, nə seyran bilir, növbəyə gedir, poliqonda yaşayır və s.

İndi deyə bilərlər ki, Qarabağ məsələsi qurtarıb. Doğrudur, qurtarıb, amma bu gün də ölkənin şimalında və cənubunda bizi hər an peşman etmək istəyən qüvvələr var. Ona görə də bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Onlar güc strukturlarından maraqlanmalıdırlar ki, neçə min insan ordudan getmək haqqında raport yazıb. Yəqin ki, ondan sonra başa düşərlər ki, bu məsələ kökündən yanlışdır”, - fikirlərini yekunlaşdırıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Asiman Baxşiyev
    Allah şəhid müəllimlərimizi də rəhmət etsin.
    2 years ago
  • Cahid
    Bu gün ordu heç kimə lazım deyil. Artıq müharibə bitib. Və istədiyinizi edin. Allah ölkəmizə bəla gətirməsin. Amma bu gün ordunu pis günə qoyanlar sabah tarix qarşısında cavab verəcəklər. Allah ordunu sevməyənlərə lənət etsin. Vətən darda olanda Hərbiçidən yaxşısı yoxdur. Müharibə bitdi və həməndə maaşlar düşdü. Niyə? Deyirlərki artıq düşmən yoxdu. Niyə 2 qat maaş verək. Bəs onda sazişdən sonra şəhid olanlar hansı güllə ilə şəhid olublar? Ayaqları burxulub? Ordusun sevməyən məclis xalqın sonunu gətirər. Ordusu olmayan xalq tənəzzülə məhkumdur. Vətən sağ olsun. İnşAllah Ali Baş Komandan buna icazə verməz.
    2 years ago
  • Elnur
    25-ci ildə hərbiçi sırada silahla deyil əsa və eynəklə duracaq
    2 years ago
  • Elnur
    25-ci ildə hərbiçi sırada silahla deyil əsa və eynəklə duracaq
    2 years ago
  • Jeyhuna
    Allah Ordumuzu qorusun.Onların sayəsində qalib bir ölkə olduq.Əsil polkovnikə laiq cavablar.Hərbiçilərin əziyyətləri danılmazdır. Əsərindən,zabitini qədər Rəbbimin nəzərləri üzərinizdə olsun.
    2 years ago
  • Nigar
    Cenab palkovnik men de Sizinle tam raziyam. Senger heyatini hec tesevvur etmeyen memurlar qerar qebul edirler. Neceki vaxti ile qadinlarin xususu ile muhendis qadinlarinin pensiya yasini qaldirdilar. O qadinlar vetene esger boyudurler. Ona gore de cemiyyetimiz saglamligini itirirler. Allah komeyiniz olsun.
    2 years ago
  • Rəşad
    2016 ci il aprel doyusleri bitdi dedilər vətən xainsiz.2020 vətən müharibəsi oldu maislari ensin dedilər.2023 torpaqlar tam azad oldu xidmət ilin 20 ildən 25 ilə qaldırdılar.Veten sağdı ama ki herbicileridemi sagdimi?
    2 years ago
  • Cavid
    Tamamilə doğru... Alqışlar sizə cənab polkovnik
    2 years ago
  • Vuqar
    Mən hərbiçi deyiləm. Amma deyilənlərlə tam razıyam. Hərbiçi işi həqiqətən ağır işdir.
    2 years ago
  • Adeks
    Hərbiçinin əziyyəti kimliyindən asılı olmayaraq bütün işlərdən qat qat ağırdı ən az alanda kirayələrdə evsiz sürünəndə odu toxun acdan nə xəbəri
    2 years ago
  • Orxan
    Yemək pullarının pensiya təsir olacaqmı Üzeyir müəllim.
    2 years ago
  • Eşən
    Təmiz düz söhbət vallah qardaş biz insan deyilik bu həyatmz bərbad olub 17 ildir dağlarda derelerde ailə uşaq üzü görmürük bizə heç olmasa yazgnz gəlsin axı olmaz bu qədər haksizlg bu xidmət ilini azaldan heç olmasa ömrümün 5 ilini heç olmasa ailə uşaglar keçirək
    2 years ago
  • Patriot
    Acin toxdan nə xəbəri. Ömrümüzü cavanlığımızı əsəblərimizi alır bu hərbi rejim. Vətənpərvər insanlarıq Vətən sağ olsun deyib ailəmizdən uzaq qalırıq. Vicdanlı şəkildə qərar verin, bir hərbiçinin 20 ildə çəkdiyi əziyyəti vallah çəkə bilmərsiniz ona görədə rahatlıqla qərar verirsiniz. İn şe allah cənab Ali Baş Komandanımız bu qərarı qəbul etməz.
    2 years ago