“Deputatların sayı barədə müzakirələrə qoşularaq təklif edirəm ki, onların sayı heç olmasa 25-dək (15-dək də olar) endirilsin. Bununla həm dövlət büdcəsi (maaş, ezamiyyə və s.), həm də Dövlət Sosial Müdafiə Fondu (pensiyalar) xeyli qənaət etmiş olar”.
“Yeni Sabah” xəbər verir ki, bunu hüquqşüns Əkrəm Həsənov bildirib.
O, Milli Məclis üzvlərinin say artımı mövzusuna kinayəli münasibətini bu sözlərlə davam etditrib: Dördpendirli pizza
“Azsaylı deputatlara o boyda bina da lazım olmayacaq. Onlara, məsələn, “Port Baku”da bir mərtəbə ayırmaq olar icarə hüququ ilə. İndiki binadan isə daha səmərəli istifadə etmək olar. İki təklifim var. İdealist təklifim: oranı parlamentarizm muzeyi etmək olar. Materialist təklifim: yerində çoxmərtəbəli yaşayış binası və ticarət mərkəzi tikmək olar”.
Nazim Hacıyev
Telegram kanalımız