Deputatlığa namizəd Günay Ağamalı qazi Gözəl İmanovla görüşdü - Video + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Deputatlığa namizəd Günay Ağamalı qazi Gözəl İmanovla görüşdü - Video + Fotolar

Siyasət

18 Avqust 2024 15:57 1033


Günay Ağamalı Salyan rayonu Boranıkənd kəndində 44 günlük Vətən müharibəsi qazisi Gözəl İmanovun evində olub.

Yenisabah.az xəbər verir ki, səmimi keçən görüşdə G.İmanovun döyüş yolundan danışılıb.

Günay Ağamalı Gözəl İmanovun sağlamlığı ilə maraqlanaraq, ona can sağlığı arzulayıb. O, G.İmanovun 44 günlük Vətən müharibəsində iştirakını və göstərdiyi igidliyi yüksək qiymətləndirib. pizza

Görüşdə Gözəl İmanov Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində xidmət etdiyini, ən çətin döyüşlərin iştirakçısı və şahidi olduğunu söyləyib. O, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, 2020-ci ilin oktyabrın 19-da Xocavənd Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə ağır yaralandığını söyləyib.

G.İmanov görüşün sonunda dövlətimizin, Cənab Prezident İlham Əliyevin və I Vitse-prezident Mehriban xanım Əliyevanın qazi və şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!