“Dəvə qutabı” həvəskarlarının nəzərinə -   Mənşəyi məlum deyilmiş

saytların hazırlanması

Evə çatdırılma

“Dəvə qutabı” həvəskarlarının nəzərinə - Mənşəyi məlum deyilmiş

Sosial

09 Yanvar 2026 11:19 400


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində növbəti reydlər aparıb. Yoxlama zamanı “Dostluq” restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb.

Bu barədə “Yeni Sabah”a agentlikdən məlumat verilib. 

“Santo Mare”, “Duyğu”, “Şərur”, “Regnum” və “Oregano” restoranlarının menyularından “dəvə qutabı”nın çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. “Antalya” restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu məlum olub.  Toyuqlu pizza

Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, akt tərtib edilib. Mənşəyi şübhə doğuran məhsullardan nümunələr götürülüb.

Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin “dəvə qutabı” adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Qida təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdiriləcək.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!