"Kurtlar Vadisi" serialından tanınan türk aktyoru Osman Vöber 62 yaşında dünyasını dəyişib.
Yenisabah.az "Habertürk"ə istinadla xəbər verir ki, o, ürək tutmasından vəfat edib.
"Kurdlar vadisi" serialındakı Dəvə Tuncay obrazı ilə yadda qalmış aktyor 27 fevral 1960-cı ildə Ankarada anadan olub. Vöber İstanbul Universiteti Hüquq Fakültəsində və Memar Sinan Universiteti Dövlət Konservatoriyası Teatrında oxuyub. Dövlət Teatrları Baş İdarəsində teatr fəaliyyətinə başlayıb. Tələbəlik illərində Şan Teatrı, Kenter Teatrı və Yeditepe aktyorlarının tamaşalarında rol alıb. 1988-1993 illəri arasında Adana Dövlət Teatrında və 1995-1998 illəri arasında İstanbul Dövlət Teatrında rejissor və bədii rəhbər işləyib. pizza mizza
Goyte İnstitutunun təqaüdü ilə Almaniyanın müxtəlif teatrlarında iki imtahan verib və təhsilini davam etdirib. 2001-ci ildə yenidən İstanbul Dövlət Teatrına təyin edilib və bu vəzifəni 2009-cu ilə qədər davam etdirib.
Telegram kanalımız