Diametri 200 metr olan asteroid Yer kürəsinə yaxınlaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Diametri 200 metr olan asteroid Yer kürəsinə yaxınlaşacaq

Maraqlı

14 May 2021 11:59 1105


Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 88 ilə 200 m arasındakı diametrli asteroidin Yer kürəsinə yaxınlaşması barədə xəbərdarlıq edib.

Yenisabah.az-ın məlumatına görə, bu barədə NASA-nın Yerə Yaxın Kosmik Obyektləri Araşdırma Mərkəzinin saytında deyilib.

Bildirilib, mayın 14-də 2015 KJ19 adlandırılan səma cismi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 06: 04-də planetimizə 5,77 milyon km məsafədə yaxınlaşacaq. Bu da Yerdən Aya olan məsafədən 15 qat çoxdur. Asteroidin uçuş sürəti təxminən 83 min km/s. Pepperoni pizza

Mərkəzin mütəxəssisləri səma cismini planetimiz üçün təhlükəli hesab etmirlər. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!