Diana Əhədpur xərçəngdən sağaldığını AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Diana Əhədpur xərçəngdən sağaldığını AÇIQLADI

Şou

01 İyun 2025 21:25 1098


Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı paylaşım edib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, Diana özünün də xərçəngdən əziyyət çəkdiyini bildirib.

"Biz Şimalla tale dostuyuq. Yaxın dostlarım bilir ki, biz eyni xəstəlikdən əziyyət çəkirdik. 2 il əvvəl gözəl xəbər aldım və həkim "hər şey bitdi" dedi. Həyata geri döndük. Biz güclü qadınlarıq" deyən Diana videoya "Ölümün ən son yaraşdığı insan sən idin, tale dostum. Biz güclü qadınlarıq, öldüyün üçün gücünü itirmədin. Əsas odur ki, yaddaşlarda güclü qaldın. Bu dünyada səsin kimi gözəl bir şey buraxdın. Səni son nəfəsimə qədər unutmayacağam", - sözlərini əlavə edib. Marqarita pizza

Qeyd edək ki, Diana İranəsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!