Dığ kəndi istiqamətində növbəti   TƏXRİBAT

saytların hazırlanması

Evə çatdırılma

Dığ kəndi istiqamətində növbəti TƏXRİBAT

Rəsmi

14 Aprel 2023 21:18 3939


Ermənistan növbəti təxribatlara start verib. Belə ki, aprelin 11-də baş verən təxribatdan sonra Gorusun Dığ kəndi istiqamətində mühəndis işləri yenidən bərpa olunub.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan mediasına müsahibəsində icmanın Ağsaqqallar Şurasının üzvü Arqam Hovsepyan deyib.

“Biz öz tərəfimizdə işləyirik, onlar da hadisədən əvvəl olduğu kimi öz tərəfində işləyirlər. Atışmanın baş verdiyi yerdə mühəndislik işləri aparılır. Təxribat nəticəsində Ermənistan tərəfi heç bir mövqe itkisi verməyib, lakin azərbaycanlıların bir neçə həftədir məskunlaşdığı ərazi bizimdir”-icma rəhbəri iddia edib. Sezar pizza

Xatırladaq ki, aprelin 11-də Dığ kəndi yaxınlığında toqquşma baş verib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları avtomobillə mühəndis işləri aparan Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinə yaxınlaşıb. Bu zaman düşmən silaha əl atıb, nəticədə erməni tərəfdən 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Azərbaycan 3 şəhid verib, həmçinin yaralılarımız var./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!