Daxili İşlər Nazirliyi (DİN) noyabrın 17-də Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.
Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sezar pizza
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Telegram kanalımız