DİN-dən Bayram Məmmədova işgəncə verilməsi haqda açıqlama

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən Bayram Məmmədova işgəncə verilməsi haqda açıqlama

Kriminal

05 Aprel 2019 01:40 996


“Bayram Məmmədova işgəncə verilməsi barədə  fikirləri ortaya atmaqla ictimai rəydə yeni gündəm yaratmağa çalışırlar”.

Bu sözləri DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə 3 gün əvvəl inzibati qaydada həbs edilən gənc fəal Bayram Məmmədovun işgəncələrə məruz qalmasına dair deyilənlər barədə açıqlamasında deyib. 

DİN sözçüsünün dediyinə görə, inzibagi həbs olunanların saxlandığı yer müasir tələblərə tam cavab verir və orada hansısa qeyri-insani rəftardan söhbət gedə bilməz: pizza sifarişi

“Ora DİN rəhbərliyinin, Prokurorluğun, Ombudsmanın, həmçinin hüquq müdafiə qurumlarının nəzarəti altındadır. Məntəqədə hər yerdə kamera nəzarəti var. Ona görə də hesab edirəm ki, deyilənlər həqiqətdən uzaqdır. İctimai diqqəti özlərinə cəlb etməklə gündəm yaratmaq istəyirlər. Orada saxlanan hər kəs həkim nəzarətindən keçir. Bu gün Bayram Məmmədov da həkim nəzarətindən keçib, hər hansı işgəncə faktı üzə çıxmayıb”.

Gununsesi.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!