DİN-dən yayılan görüntülərlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən yayılan görüntülərlə bağlı açıqlama

Hadisə

12 Aprel 2022 22:14 483


Daxili İşlər Nazirliyi bu gün sosial şəbəkələrdə ötən il Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində törədilmiş qətldən sonrakı vəziyyəti əks etdirən görüntülərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, yayılan görüntünün haradan və kimlər tərəfindən əldə edilməsi ilə bağlı açıqlama verən DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib ki, sözügedən görüntülərin yayılmasında heç bir problem yoxdur və burada məxfilik rejimi pozulmayıb:

“Belə ki, hadisədən sonra mərhumun yaxınları arasında yaranmış bəzi anlaşılmazlıqlara son qoymaq məqsədilə həmin görüntülər onlara təqdim edilib və bununla da onlarda yaranmış narahatlıqlar aradan qaldırılıb. Eyni zamanda, videomüşahidə kamerasının görüntüləri məhkəməyə də təqdim edilib. pizza hut

Odur ki, bir daha qeyd etmək istəyirəm ki, görüntülərin sosial şəbəkələrdə yayılması heç bir narahatlıq doğurmur”, - DİN rəsmisi əlavə edib.Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!