Yolda yıxılıb ölən şəxs haqda –   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Yolda yıxılıb ölən şəxs haqda – Rəsmi açıqlama

Hadisə

25 Mart 2020 12:02 1982


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

"Yeni Sabah"ın məlumatına görə, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəfildən pisləşib. Ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq o dünyasını dəyişib.

Araşdıralar nəticəsində dünyasını dəyişən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi və onun ölümünə də bu xəstəliklərin səbəb olduğu müəyyən edilib. pizza sifarişi

Qeyd edək ki, sosial şəbəkələrdə Biləcəri qəsəbəsi ərazisində küçədə ölən şəxsin xüsusi geyimli şəxslər tərəfindən meyitinin aparılmasını əks etdirən görüntülər yayılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!