DİN məktəb direktorunun öldüyü qəza ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

DİN məktəb direktorunun öldüyü qəza ilə bağlı məlumat yaydı

Hadisə

14 Aprel 2020 13:02 600


Daxili İşlər Nazirliyi Şəmkirdə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumata görə, aprelin 13-də saat 19 radələrində Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində şəhər sakini Xəqani Abbasovun idarə etdiyi “VAZ-21214” markalı minik və Tovuz rayon sakini K.Hüseynzadənin idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə X.Abbasov və sərnişini Eyvaz Vəliyev hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. pizza

Qeyd edək ki, E. Vəliyev rayonun Dəllər qəsəbəsi Zaur Abbasov adına tam orta məktəbin direktoru olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!