DİN polkovnikin öldüyü qəza haqda məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

DİN polkovnikin öldüyü qəza haqda məlumat yaydı

Hadisə

21 İyul 2020 13:50 1827


Daxili İşlər Nazirliyi (DİN) Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Şahin Mirzəyevin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb.

Yenisabah.az DİN-in saytına istinadən xəbər verir ki, iyulun 20-də saat 8 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Şahin Mirzəyev vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  Pepperoni pizza

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilmiş və təcili tibbi təxliyəsi təşkil olunub. 

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!