Daxili İşlər Nazirliyi ötən gün sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazmasına dair iddialara aydınlıq gətirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenisabah.az-a daxil olan məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir. Bildirilib ki, faktın araşdırılması üçün müvafiq göstərişlər verilib:
“Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək”. Dördpendirli pizza
Telegram kanalımız