Dini-ekstremist çağırışlar edən azərbaycanlını 7 il həbs gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Dini-ekstremist çağırışlar edən azərbaycanlını 7 il həbs gözləyir

Kriminal

01 Avqust 2024 18:34 914


Rusiyanın Oryol vilayətində Azərbaycan vətəndaşına qarşı cinayət işinin istintaqı başa çatdırılıb.

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, o, terrorçuluq fəaliyyəti ilə bağlı açıq çağırışlarda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi) ittiham olunur.

22-ci ilin dekabrından 2023-cü ilin iyun ayına qədər Oryolda gənc oğlan sosial şəbəkələrdən birinin qrup söhbətində, dini zəmində terror fəaliyyətinə dair çağırışlar edib. Pepperoni pizza

O, təqsirini boynuna alıb. Əvvəllər məhkəmə onun barəsində ev dustaqlığı qərarı verib. Prokurorluq ittiham aktını təsdiqləyib, cinayət işi baxılması üçün 2-ci Qərb Rayon Hərbi Məhkəməsinə göndərilib.

Azərbaycan vətəndaşını 300 min rubldan (təxminən 5940 manat) 1 milyona (təxminən 19 min 800 manat) qədər cərimə, ya da 5 ildən 7 ilədək həbs cəzası gözləyir.

 

Yeri gəlmişkən, Rusiya FTX-nin Oryol vilayəti üzrə İdarəsinin əməliyyat-istintaq fəaliyyətinin materialları əsasında xarici vətəndaşa qarşı iş açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!