Dini liderlər “Ana Fəryadı” abidəsini ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Dini liderlər “Ana Fəryadı” abidəsini ziyarət etdi

Sosial

26 Fevral 2026 11:03 258


Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakının Xətai rayonunda yerləşən “Ana Fəryadı” abidəsini ziyarət ediblər.

“Yeni Sabah” xəbər verir ki, ziyarətdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili və Sefarad yəhudiləri Bakı icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.

Onlar abidə önünə gül dəstələri düzüb, şəhidlərin müqəddəs ruhuna dualar oxuyublar. Dördpendirli pizza

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!