Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.
“Yeni Sabah” xəbər verir ki, artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.
Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir. pizza
Telegram kanalımız