“Diqlas“ sahibkarlarının sənəd qəbuluna start verilir

saytların hazırlanması

Evə çatdırılma

“Diqlas“ sahibkarlarının sənəd qəbuluna start verilir

Sosial

04 Aprel 2019 20:36 758


Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlara maddi yardım göstərilməsi barədə Prezidentin Sərəncamına uyğun olaraq, zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilmiş və dövlət qeydiyyatına alınıb.

“Yeni Sabah” xəbər verir ki, aprelin 4-dən etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılmışdır. Yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan sənədlərini Agentliyə təqdim etmələri xahiş olunur.

Sahibkarlar vahid ərizə formasını https://bit.ly/2IdjHlx və ya İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən əldə edə bilərlər. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!