DİQQƏT! Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirilir

Sosial

31 Yanvar 2025 17:08 204


Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında (Albert Aqarunov küçəsi) aparılacaq təmir işləri ilə əlaqədar fevralın 1-dən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Yenisabah.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyətlə əlaqədar 17, 24 və 211 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Toyuqlu pizza

Dəyişikliyə əsasən, 17 nömrəli marşrut Əhməd Rəcəbli dairəsinədək, 24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyasınadək, 211 nömrəli marşrut isə alternativ olaraq Əhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti, Azad Hümbətov və Zaur Nudirəliyev küçələrindən keçməklə fəaliyyət göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!