Diqqət: Bu sahibkarlar əmlak vergisi ödəməlidir

saytların hazırlanması

Evə çatdırılma

Diqqət: Bu sahibkarlar əmlak vergisi ödəməlidir

İqtisadiyyat

01 Yanvar 2020 07:29 1892


Bu gündən Azərbaycanda mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan çox olan mikro sahibkarlar əmlak vergisi ödəməli olacaqlar.

"Yeni Sabah" xəbər verir ki, bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Buna əsasən, müəssisənin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyonmanatdan artıq olduğu halda, həmin müəssisə ümumi qaydada əmlak vergisini hesablayıb ödəməlidir. Göründüyü kimi, müəssisənin balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri 1 milyon manatdan artıq olduğundan, mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma sizin müəssisəyə şamil olunmur. Dominos pizza

Xatırladaq ki, indiyə qədər qüvvədə olan qaydalara görə, mikro sahibkarlıq subyekti olan bütün şəxslər əmlak vergisi ödəməkdən azad olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!