DİQQƏT! Kreditə zamin duranlar üçün   TƏLƏ

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Kreditə zamin duranlar üçün TƏLƏ

İqtisadiyyat

21 Dekabr 2025 15:23 3282


Kredit verən bankların bəziləri ciddi bir qanun pozuntusuna yol verirlər - vətəndaşın (zamin duranın) məlumatlılığı olmadan, zamin dərk etmədən, elə bir zaminlik müqaviləsinə imza atdırırlar ki, zamin borcalanın 1 kreditinə görə deyil, 10 il ərzində alacağı bir neçə kreditə zamin durur, özü bunu bilmədən və istəmədən.

"Yeni Sabah" xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev sosial media hesabında yazıb.

"Neçənci vətəndaşdır ki mənə müraciət edir. İndiki də Express Bankdır. Vətəndaş düşünüb ki, 1 dənə kredit müqaviləsinə zamin durur; əslində o borc da bağlanmışdı. Daha sonra əsas borclu zaminin xəbəri olmadan ikinci krediti götürür və qaytarmır; iş gedir məhkəməyə və zamin "kredit XƏTTİ müqaviləsinə" imza atdığına görə indi üzərində borc var, hər 2 avtomobilinə həbs qoyulub. Dördpendirli pizza

Bank isə zaminə imza atdıranda, müqavilənin məzmununu ona izah etməyib.

Mərkəzi Bank bu işlərə ciddi nəzarət etməlidir, məhkəmələr isə bu qəbildən zaminlik müqavilələrini "vacib əhəmmiyyətli yanılma" səbəbi ilə etibarsız saymalıdır" - vəkil əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!