Direktor Elinanın anasına rüşvət təklif edib

saytların hazırlanması

Evə çatdırılma

Direktor Elinanın anasına rüşvət təklif edib

Sosial

09 Aprel 2019 21:15 2112


"Mən qızımın qanını yerdə qoymayacağam. Ədalətin bərqərar olması üçün bu işin sonuna qədər gedəcəyəm. Çünki mənim balam çox təmiz və mələk idi. Mən həmin direktorun və ya bundan sonra müəllimə işləyəcəksə müəllimə kimi digər anaların uşaqlarını məhv etməsinə icazə verməyəcəm".

Bunu özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən mərhum Elina Hacıyevanın anası Sevil Hacıyeva deyib. O, ötən gün 162 saylı məktəbin keçmiş direktoru Sevinc Abbasovanın onun və Elinanın haqqında işlətdiyi nalayiq ifadələrlə bağlı da danışıb. 

Yenicə balasını itirmiş ana baş vermiş hadisəylə bağlı Sevinc Abbasovanı məhkəməyə verəcəyini də açıqlayıb: pizza hut

"Mən onu məhkəməyə verəcəyəm. Hazırda araşdırmanın nəticəsini gözləyirəm. Bu iş belə qalmayacaq. Utanmadan məktəbin direktoru Sevinc Abbasova mənim yanıma gəlib, Badamdar qəsəbəsində ən bahalı yerdə torpaq sahəsi təklif etdi ki, bircə mən danışmayım və məsələ bağlansın. Onu evdən qovdum..."

 News24.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!