Direktor müavininin şagirdi və xadiməni döyməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Direktor müavininin şagirdi və xadiməni döyməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hadisə

24 Sentyabr 2025 10:02 457


Lənkəran rayonunda şagird və xadiməyə zorakılıq edən direktor müavininin görüntüləri yayılıb. 

Məlumata görə, hadisə M.Qarayev adına Zövlə kənd orta məktəbində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə bu ilin mart ayında baş verib. Tərəflərin cari ilin mart ayının 14-də daxil olmuş müraciətləri əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılıb. pizza sifarişi

Qeyd edilib ki, faktla bağlı müvafiq ekspertizalar təyin edilib və digər prosessual hərəkətlər həyata keçirilib.

“Məhkəmə tibbi ekspertizasının rəyi, tərəflərin şikayət və tələbinin olmadığı nəzərə alınaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib”,- məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!