Uşaqlarda müxtəlif vərdişlər müşahidə olunur ki, bunlardan biri də dırnaq yemədır. Uşaqlar niyə dırnaqlarını yeyir? Bu xəstəlikdir? Əgər xəstəlikdirsə ondan necə qurtulmaq olar?
Mövzu ilə bağlı danışan həkim Aytən Ziyadova Yenisabah.az-a açıqlamasında bildirib ki, dırnaq yeməni xəstəlik saymaq olmaz:
“Dırnaq yemə vərdişi qayğı problemi göstəricisidir. Adətən, bu cür uşaqlar fikirlərini ifadə edə bilmir, buna görə də dırnaq yemə, dırnaq əti qopartma kimi vərdişlərə yiyələnirlər. pizza sifarişi
Bu halda valideynlərə psixoloqların dəstəyini məsləhət görürük. Dırnaq yemə vərdişləri olan uşaqlarda qurd xəstəlikləri, infeksiyalar sıx müşahidə edilə bilər. Valideynlərə hər zaman verdiyimiz tövsiyə: əgər uşaqlarınızda belə bir vərdiş varsa, ailə psixoloqu və ya uşaq psixoloqu ilə məsləhətləşin. Onların terapiyası və dəstəyi ilə azyaşlı bu vərdişdən yaxa qurtara bilər”.
Aytən Ziyadovanın sözlərinə görə, dırnaq yemə ən pis vərdişlər siyahısındadır və uşaq orqanizminə ciddi ziyan vura bilər.
Şəhla AĞAZADƏ
Telegram kanalımız