“Bu cür sorğular ictimai rəyi öyrənməkdən daha çox ictimai rəyi formalaşdırmaq üçündür”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.
O, Rusya İctimai Rəyi Öyrənmə Mərkəzinin (Vserossiyski Sentr İzuçeniya Obşestvennoqo Mneniya - VSİOM) keçirdiyi sorğunun nəticələrini şərh edib. Sezar pizza
Sorğuya əsasən, rusiyalıların 79,6%-i Putinin işini bəyənir və 81,6%-i ona güvənir.
"Bu cür tədqiqatlara bir qayda olaraq "konyuktur tədqiqatlar" deyirlər, - deyə Əhməd Qəşəmoğlu izah edib. - Uzun illərə dayanan həyat və iş təcrübəmə əsasən deyə bilərəm ki, belə bir gərgin vəziyyətdə Rusiyada birbaşa sual verməklə sorğu keçirmək metodoloji baxımdan səhvdir. Yəni özüm də Azərbaycanda 1980-ci illərdən, sovet hökuməti dağılana yaxın vaxtdan bu günə qədər sorğu keçirtmişəm. Ölkədə gərgin vəziyyət yarananda, ictimai-siyasi vəziyyət gərgin olanda, siyasi sorğu zamanı başqa metodlardan istifadə edilir. Buna “lopend”, yəni "gizli sorğu" deyilir.
Gizli sual vermə üsulu ilə həqiqəti öyrənirlər. Amma birbaşa sualla ölkə başçısının fəaliyyətinə münasibət soruşularkən, sosioloqlar bilir ki, bu metodoloji baxımdan düzgün deyil və rəyi öyrənmək üçün deyil, rəyi formalaşdırmaq üçün edilir”.
"Sorğunun yalnız 18 yaşlı respondentlər arasında keçirilməsi onların ölkədə baş verənlərdən, Putinin əməllərindən bixəbər olmasına dəlalət edə bilərmi" sualına sosioloq belə cavab verib:
“Ola bilməz, çünki gənclərin kifayət qədər informasiya alma imkanları var. Bu sorğudan görünür ki, lazımi prosedurlara əməl olunmayıb. Həqiqi nəticə almaq üçün başqa metodlardan istifadə olunur. 18 yaşlılarda müəyyən ovqat, əhval-ruhiyyə ola bilər, amma onda da müəyyən metodoloji yanaşma olmalı idi. Belə bir gərgin vəziyyətdə onlar arasında sorğu keçirilərkən emosianal cavab verə bilərlər. Amma sosioloq emosional məlumatla işləməməlidir”, – deyə Əhməd Qəşəmoğlu fikirlərini tamamlayıb.
Cavad Salmanlı
Telegram kanalımız