“Müşahidə göstərir ki, koronovirus qorxusu təşvişli pasiyentlərimizdən daha çox əvvəldən təşviş pozuntusu olmayanları təşvişləndirib”.
“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış psixoloq Orxan Fərəcli deyib. O, bunun səbəblərini açıqlayıb. Qeyd edib ki, mövcud məlumatlara görə insanların 2 təməl ehtiyacı olan təhlükəsizlik və qida risk altındadır.
“Öləcəyi və qida tapılmayacağı ehtimalı onu "dəli" edir. İndi isə gəlin bu düşüncəni biraz rasional və məntiqə uyğun şəkildə düşünərək təşvişimizi azaltmağa çalışaq. Sezar pizza
1. Doğurdanmı pandemiya bu qədər risklidir və hamımız öləcəyik?
Əlimizdəki statistik məlumatlar və tarix bunun tam əksini deyir, son 4 gündə Çində yeni yoluxmalar xeyli azalıb, bütün dünyada sağalanlar əhəmiyyətli dərəcədə çoxdur, təhhükəsizlik tədbirlər ən üst səviyyəyə gətirilib, vaksinlər üzərində iş çox sürətlə gedir.
2. Doğurdanmı qida çatmayacaq və acından öləcəyik?
Dünyadakı qida ehtiyatı hətta ən ağır müharibələr dövründə belə azalsa da bitməyib. İstehsalın və qida sənayesinin yüksək inkişafı olduğu dövrdə qida balansını özünüz düşünün”.
Telegram kanalımız