Doğuşdan 15 dəqiqə sonra ana öldü – Kürdəmirdə faciə

saytların hazırlanması

Evə çatdırılma

Doğuşdan 15 dəqiqə sonra ana öldü – Kürdəmirdə faciə

Sosial

22 Fevral 2019 04:15 850


Kürdəmirdə 19 yaşlı ana doğuşdan sonra ölüb.

Hadisə bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.  Rayonun Carlı kənd sakini Novruzova Nuranə Sədrəddin qızı saat 14:00 radələrində xəstəxananın doğum şöbəsinə müraciət edib. Saat 16:30-da doğum baş verib və gənc ana 3 kilo 400 qram çəkidə oğlan uşağı dünyaya gətirib. Lakin doğuşdan 15-20 dəqiqə sonra gənc anada boğulma halı baş verib və qadın dünyasını dəyişib. 

Həkimlərin sözlərinə görə, doğuşdan əvvəl və sonra qadının vəziyyəti yaxşı olub. Halı qəfildən pisləşib. Bütün tibbi yardımlara baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.  Sezar pizza

Faktla bağlı araşdırma başlayıb

“Qafqazinfo”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!