Dörd məmur rüşvət üstündə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Dörd məmur rüşvət üstündə saxlanıldı

Dünya

09 Noyabr 2019 10:06 1173


Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti bələdiyyəsinin dörd əməkdaşı dörd rüşvət faktı üzrə saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Kobuleti bələdiyyəsi ərazisində həyata keçirilən müəyyən infrastruktur layihələrin yerinə yetirilməsi ilə bağlı sənədlərə görə rüşvət tələb ediblər. Dominos pizza

Faktla bağlı istintaq aparılır. Saxlanılanları 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Cinayət əməlində iştirak edən digər şəxslərin müəyyən olunması üzrə istintaq tədbirləri davam etdirilir. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!