Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı

saytların hazırlanması

Evə çatdırılma

Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı

Rəsmi

31 İyul 2020 22:45 970


Rusiya Cənub Hərbi Dairəsinin dörd mindən çox hərbçisi Ermənistan, Rostov və Volqoqrad bölgələrində batalyon taktiki təlimlərinə başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd olunub ki, kəşfiyyat və atəş komplekslərinin tərkibindəki tank bölmələri dağlıq ərazilərin arxasındakı dörd min metrədək məsafədə yerləşən hədəflərə canlı atəş açıblar. pizza

Taktiki batalyon qrupları tam hazır vəziyyətdə təchiz olunaraq Rostov bölgəsində Volqoqrad və Kuzminski yaxınlığındakı Prudboy poliqonunda birləşmiş silah hazırlıqlarına cəlb olunublar.

Bölmələrin manevrli müdafiəsi şəraitində mühəndislik bölmələri döyüş əsnasında zirehli maşınlar üçün sığınacaqların yaradılması və atəş əleyhinə manevrlərin edilməsini təmin edən “Suriya səddi” taktikasından istifadə edib.

Qeyd edək ki, daha əvvəl Şimali və Cənubi Qafqazın beş bölgəsində eyni vaxtda beş mindən çox hərbçinin və 800-ə qədər silah və hərbi texnikanın cəlb olunduğu batalyon taktiki təlimlərinin keçirildiyi bildirilmişdi.    /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!