Dörd uşağın həlak olması haqda cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Dörd uşağın həlak olması haqda cinayət işi açıldı

Kriminal

12 Avqust 2019 09:10 1185


Bakıda dənizdə batan 4 azyaşlıdan sonuncunun da meyiti tapılaraq sudan çıxarılıb. 

“Yeni Sabah” xəbər verir ki, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, avqustun 10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı batıb. Toyuqlu pizza

M. Cəfərovanın, Ə. Cəfərovun və L. Cəfərzadənin meyitləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Cəfərzadə Zeynəb Ramin qızının meyiti isə bu gecə tapılaraq, sudan çıxarılıb. Batan uşaqlar iki qardaşın övladlarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!