Dördüncü dalğa gəlir: “Karantin sərtləşməlidir”   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Dördüncü dalğa gəlir: “Karantin sərtləşməlidir” - AÇIQLAMA

Sağlamlıq

27 Aprel 2021 19:12 1739


Azərbaycanda əhalinin 14 faizinin vaksin olunması yumşaldılmaların tətbiqi üçün kifayət deyil. Qapanmalar yəqin ki, davam edəcək. İndi ikili mutasiyaya məruz qalan Hindistan ştammı yayılıb, bu ştamm kifayət qədər yoluxucudur və xeyli insan da yoluxub. Hindistanda gündə 3000-ə yaxın ölüm halı qeydə alınır və bu da təhlükəli vəziyyətdir. Bununla bağlı karantin qaydaları nəinki yumşaldılmalı, əksinə, sərləşdirilməlidir.

Yenisabah.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, koronavirusa yoluxanların sayındakı azalma bizi qətiyyən sakitləşdirməməlidir: Pepperoni pizza

“İkiqat mutasiyaya məruz qalan B.1.617 və B.1.618 ştammları yayılıb və bunlar həddən artıq təhlükəlidir. Bu, dördüncü dalğanın başlamasını istisna etmir. Hindistandaki gündəlik ölüm sayının bu həddə çatması bizi çox narahat edir. Bu onu göstərir ki, pandemiyanın yaxın zamanlarda bitmək ehtimalı yoxdur. Karantin qaydalarına ciddi riayət etməyə davam etməliyik”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!