Dostların sonunu gətirən HADİSƏ - Üç nəfərin meyitinin tapıldığı sahildən   GÖRÜNTÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

Dostların sonunu gətirən HADİSƏ - Üç nəfərin meyitinin tapıldığı sahildən GÖRÜNTÜLƏR

Hadisə

22 İyun 2026 20:57 1259


Xəzər rayonunun Mərdəkan qəsəbəsində dörd nəfər suda boğularaq həyatını itirib.

Məlumata görə, bir araya gələn dörd dost yeyib-içdikdən sonra hava şəraitinin küləkli olmasına baxmayaraq, dənizə giriblər. Bir müddət sonra onların hamısı suda batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) şöbə rəisi Akşin Əlili Baku TV-yə açıqlamasında bildirib ki, qurum tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşlar küləkli havada, dalğalı dənizdə, həmçinin nəzarətsiz və çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə suya girirlər. Bu cür davranışlar isə acı sonluqla nəticələnir: Sezar pizza

"Nəzarətsiz qeyri-çimərlik əraziləri mürəkkəb relyefə, güclü axına, məhdud görünüşə və digər təhlükəli xüsusiyyətlərə malikdir. Bu səbəbdən həmin ərazilərdən istifadə edən insanların həyat və sağlamlığı ciddi risk altındadır. Əhalini bir daha xəbərdar edirik ki, yalnız xilasedicilərin nəzarət etdiyi çimərliklərdən istifadə etsinlər və xilasedicilərin çağırış və tələblərinə ciddi riayət etsinlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!