Dövlət Bahçeli: Demirtaş evinə qayıtmalıdır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Bahçeli: Demirtaş evinə qayıtmalıdır

Dünya

03 Fevral 2026 13:59 377


“PKK-nın qurucu rəhbərliyinin 27 fevral 2025-ci ildə etdiyi çağırış Suriyada 337 gün sonra cavablandırıldı və bu, çox mühüm bir mərhələ oldu”.

"Yeni Sabah" NTV-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı parlamentdə partiyasının iclasında bildirib.

“Özümüzə qarşı dürüst olaq, PKK-nın qurucu rəhbərliyi bütün vədlərinə əməl etdimi? Bəli, etdilər. Separatçı terror təşkilatının ləğvini təmin etdilərmi? Bəli, etdilər”, - Bağçalı vurğulayıb. pizza

O, Ədirnədə həbsdə olan Səlahəddin Demirtaşdan da söz açıb:

“Anadolu sabitliyə, Öcalan ümidə, Əhmədlər (Əhməd Türk ve Əhməd Özer - red.) məqama, Demirtaş isə evinə dönənə qədər qərarımız bəllidir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!