“İki ilə yaxındır ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə, yarışlara qalib ölkə kimi qatılır. Təbii ki, 30 ilə yaxın dövrün çağırışları ilə bugünümüzün tələbləri, məsuliyyəti fərqlidir”.
Bunu “Yeni Sabah”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.
O, bildirib ki, bu gün tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişənin hələ həllini tapmadığı dövrlərdə keçirilən tədbirlərin qalibyyət çağırışlarının təməlində Azərbaycanın gücünün, qüdrətinin, nəyə qadir olduğunun təqdimatı dayanırdı. Çünki Birinci Qarabağ müharibəsində məlum səbəblərdən məğlubiyyətimiz, torpaqlarımızın işğal altında olması hər sahədə qələbə çağırışını edirdi. pizza mizza
Bu gün isə tarixi Zəfər qazanmış bir xalqı təmsil etmək həm qürurludur, həm də məsuliyyətlidir: “Dövlət başçısı İlham Əliyev aprelin 8-də Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşündə də bu məqamı xüsusi qeyd etmişdir ki, bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər.”
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan ənənələri olan ölkə kimi tanınır və nüfuz qazanır: “Hər bir millətin, xalqın tanınmasında onun milli-mənəvi dəyərləri, mədəniyyəti, tarixi əsas rol oynayır. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bir daha bu çağırışı etdi ki, gənc nəsil mütləq vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər əsasında tərbiyə almalıdır. Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir”.
Telegram kanalımız