Dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil olub

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil olub

İqtisadiyyat

27 Dekabr 2019 12:48 1011


Bu ilin yanvar-noyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edilib.

"Yeni Sabah" bildirir ki, bu barədə Vergilər Nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, bu il 103 mindən çox vergi ödəyicisi qeydiyyata alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 mln. nəfər təşkil edib. Marqarita pizza

Onun sözlərinə görə, son 4 ayda kənd təsərrüfatı sahəsində uçota alınma ilə bağlı xeyli irəliləyiş olub: "Bu müddətdə 75 minə yaxın vergi uçotunun qeydiyyata alınması öz həllini tapıb. Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına öz təsirini göstərəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!